Ötən ilin noyabrında ordu sıralarından tərxis olunmaq üçün raport yazan Müdafiə nazirinin müavini, general-leytenant Çingiz Məmmədov tərxis olunub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə prezident İlham Əliyev sərəncam verib. Çingiz Məmmədovu isə general-leytenant Kərim Vəliyev əvəzləyib.
Qeyd edək ki, Kərim Vəliyev bundan əvvəl Bakı Hərbi Birləşməsinin komandiri olub. O, xalq şairi Səməd Vurğunun qohumudur.