Komitə siçanla bağlı araşdırmaya başladı

-komite-sicanla-bagli-arasdirmaya-basladi
Oxunma sayı: 1042


“Qafqazinfo” xəbər verir ki, bunu APA-ya Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı bildirib. 

Qeyd edək ki, İmişlidə bir ailənin 3 üzvü limonaddan zəhərlənib. Rayonun Xəlifəli kənd sakinləri 2000-ci il təvəllüdlü Əliyeva İlkanə Kazım qızı, 2001-ci il təvəllüdlü Əliyev Cahid Kazım oğlu və 1997-ci il təvəllüdlü Əliyeva Türkanə Kazım qızı limonaddan zəhərləndiklərinə görə İmişli Rayon Xəstəxanasının infeksion xəstəliklər şöbəsinə yerləşdiriliblər. Xəstəxanadan bildirilib ki, hazırda onların vəziyyəti qənaətbəxşdir. Uşaqların atasının dediyinə görə, limonadın içindən siçan çıxıb.