Levon Aronyan Bakıda - Şəhərə baxmaq istəyir

-levon-aronyan-bakida-
Oxunma sayı: 4244

Erməni şahmatçılar açılış mərasimi bu gün keçiriləcək şahmat üzrə Dünya Kubokunda iştirak üçün Bakıya gəliblər.

“Qafqazinfo” oxu.az-a istinadən xəbər verir ki, ən güclü erməni şahmatçı Levon Aronyan qarşıdakı turnirin çox güclü və çətin olacağını düşünür.

“Bacardığım qədər uğurlu çıxış etmək istəyirəm. Lakin rəqiblər güclüdür. Azərbaycanlı şahmatçılar Teymur Rəcəbov və Şəhriyar Məmmədyarovu qeyd etmək istəyirəm.

Mənə Bakı haqqında çox danışıblar. İmkan olarsa, turnirin sonuna yaxın şəhərə baxmaq istərdim”, - deyə, o, bildirib.

Qeyd edək ki, oyunlar sabahdan başlayacaq.