Londonda 30-cu Yay Olimpiya Oyunlarına hazırlıq məqsədilə test yarışları keçiriləcək

-londonda-30-cu-yay-olimpiya-oyunlarina-hazirliq-meqsedile-test-yarislari-kecirilecek
Oxunma sayı: 635

Hakimlər Kollegiyasının iclasında ölkəmizi Azərbaycan Güləş Federasiyasının baş katibi, olimpiya dərəcəli hakim Əjdər Cəfərov və olimpiya dərəcəli hakim Hicran Şərifov təmsil edəcək.

Sərbəst, yunan-Roma və qadın güləş növləri üzrə keçiriləcək test yarışlarında 8 idmançımız mübarizə aparacaq. Qadın güləşi üzrə yığma komandanın baş məşqçisi Rövşən Umudovun rəhbərliyi altında Mariya Stadnik (48 kq) və Yuliya Ratkeviç (55 kq), sərbəst güləş yığmasının baş məşçisi Saypulla Absaidovun rəhbərliyi altında Cəbrayıl Həsənov (66 kq), Əşrəf Əliyev (74 kq) və Şərif Şərifov (84 kq), yunan-Roma güləşi yığmasının məşqçisi Mutaalib Yerlikayanın başçılığı altında isə Rövşən Bayramov (55 kq), Həsən Əliyev (60 kq) və Saman Təhmasibi (84 kq) ölkəmizi təmsil edəcək.