Maştağa sakini 4 kiloqram narkotiklə tutuldu

-mastaga-sakini-4-kiloqram-narkotikle-tutuldu
Oxunma sayı: 1366

Bakı sakinindən narkotik vasitə götürülüb.

Qafqazinfo” Kəpəz Tv-yə istinadən xəbər verir ki, Bakı sakininin üzərində marixuana aşkar edilib. Ancaq bununla kifayətlənməyən Ağabala Zəkiyev narkotik vasitəni avtomobilində də saxlayırmış. Özü də nə az, nə çox 4 kq.

Zəkiyevin idarə etdiyi “BMW” markalı avtomobilə baxış keçirilən zaman nəqliyyat vasitəsinin saxlanc yerindən sellofan torbaya bükülmüş 4 kiloqram qurudulmuş marixuana, maşının salon hissəsindən 2 ədəd bıçaq, 1 ədəd taxta dəyənək və narkotik maddələrin çəkisini öyrənmək üçün istifadə olunan elektron tərəzi də aşkar edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.