“Media forum”a haker hücumları

-media-foruma-haker-hucumlari-
Oxunma sayı: 1046


“Qafqazinfo” xəbər verir ki, Musavat.com-a daxil olan məlumata görə, sayta giriş tam qapanıb. Yanvarın 2-si axşam saatlarında mütəxəssislər sayta girişi bərpa etməyə müvəffəq olsalar da, az sonra sayt yenidən dayanıb. “Media forum”a haker hücumları ötən il dekabrın 19-dan başlayıb və ara vermir. Hakerlər ana səhifəyə eyni anda yüz minlərlə sorğu göndərməklə serverdə süni yüklənmə yaradır və bu yolla saytın fəaliyyətini mümkünsüz edirlər.