“Qafqazinfo” xəbər verir ki, iddiaya hazırlıq iclasına hakim Tahirə Əsədova sədrlik edib. Tərəflərin mövqeyi dinlənildikdən sonra, iddia məhkəmə baxışı üçün qəbul olunub. Məhkəmə araşdırmasının iclası 15 may 2014-cü il saat 15:15 tarixinə təyin olunub.
Qeyd edək ki, IDI-nin məhkəmədə iddia qaldırmasına səbəb 3-cü dəfə müarciət etməsinə baxmayaraq Nazirliyin növbəti dəfə əsassız olaraq, siyasi səbəblərdən dolayı təşkilatı qeydiyyata almaqdan imtina etməsi olmuşdu.
Xatırladaq ki, Demokratik Təşəbbüslər İnstitutu bir qrup hüquqşunas və ictimai-siyasi xadimlər tərəfindən 05 noyabr 2013-cü il tarixdə təsis olunub. Təşkilatın sədri MSK üzvü Akif Qurbanov seçilib.
Son xəbərlər
Son Xəbərlər