“Mən bu haqda İlham Əliyevlə də danışdım”

-men-bu-haqda-ilham-eliyevle-de-danisdim-
Oxunma sayı: 3013


Mayın 23-də Bakıda-Milli Məclisin (MM) binasında Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Daimi Komitəsinin növbəti iclası öz işinə başlayıb. “Qafqazinfo” xəbər verir ki, iclasda AŞPA-ya üzv dövlətlərin nümayəndə heyətləri, Avropa Şurasının baş katibi Torbyorn Yaqland, sözügedən qurumun prezidenti Ann Brössor, MM-in sədri Oqtay Əsədov, xarici işlər naziri Elmar Məmmədyarov və digər şəxslər iştirak edir. AŞPA-nın prezidenti Ann Brössor ilk öncə tədbiri təşkil etdiyinə görə Azərbaycan parlamentinin rəhbərliyinə və Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinə minnətdarlığını bildirib. O, sonra Ukrayna hadisələrinə qayıdaraq bildirib ki, AŞPA-nın aprel sessiyasında bu məsələyə toxunulsa da, həmin ölkədə keçiriləcək növbədənkənar prezident bələdiyyə seçkilərindən sonra ona yenidən qayıdılacaq. AŞPA prezidenti qeyd edib ki, sərhədlərin toxunulmazlığı və ərazi bütövlüyünün təmin olunmasının dəstəklənməsi həmin qurumun başlıca prinsiplərindən biridir. “Biz Avropa Şurasına daxil olan ölkələrin ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığının təmin olunması prinsipini dəstəkləyirik. Biz həmçinin AŞPA-nın üzvü kimi Azərbaycanın da ərazi bütövlüyünü tanıyırıq. Demokratiya və qanunun aliliyi prinsipi ilə biz təşkilatımızı gücləndirə bilərik. Ona görə AŞPA-nın Nazirlər Kabinetinə sədrlik edən ölkələr öz fəaliyyətlərində bu prinsipləri rəhbər tutmalı və islahatları gücləndirmək lazımdır. Sərbəst toplaşmaq , ifadə azadlığı, korrupsiya qarşı sahəsində Azərbaycanda islahatları gücləndirməlidir. 

Bu məsələlərə təcili məşğul olunmalıdır. Məhkəmələrin Azərbaycanda ədalətli keçirilməsi ilə bağlı problemlər var. Junalistlər bloggerlər etibarlı mənbədən aldığımız məlumata görə, təqiblərə məruz qalırlar. Bu üzv olan ölkələrdə narahatlıq doğurur. Mən dünən İlham Əliyevlə bu barədə danışmışam. İlqar Məmmədov və digər məhbus şəxsləri görmək istədim. Mən bu məsələni prezidentlə də müzakirə etdim. O mənə bildirdi ki, yaxın zamanlarda onu görəcəm. Dünən Avropa İnsan haqları Məhkəməsi onun təqsirsizlik prezumpsiyasını tanıdı. Problemlər öz -özünə həll edilmir. Təkidlə qeyd edirəm ki, həll yollarını birlikdə tapaq. Hesab edirəm ki, hakimiyyət dairələri təcili konstruktiv şəkildə həll edəcəklər. Bizim üzvlərimizdən birinin vizası ləğv olunub. Fransadan olan AŞPA vitse prezidenti Rockerin vizasının ləğv olunması üzv dövlətlər arasında narahatlıq doğurub. Bizim birgə prinsiplərimzidə bu məsələ yoxdur. Ona görə də biz qərara aldıq ki, iki il ərzində komitə iclasları Azərbaycanda keçirilməsin”.