Mənfi beş dərəcə şaxta olacaq

-menfi-bes-derece-saxta-olacaq
Oxunma sayı: 3028


 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, Bakı və Abşeron yarımadasında yanvarın 9-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, axşam bəzi yerlərdə duman olacağı gözlənilir. Cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 0-4, gündüz 7-9 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında yanvarın 9-da hava şəraiti əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Lənkəran-Astara zonasında çiskin olması gözlənilir. Şərq küləyi əsəcək. 

Havanın temperaturunun gecə 0-5 dərəcə şaxta, gündüz 6-10 dərəcə isti, dağlarda gecə 5-10, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir.