Millimiz 8 pillə gerilədi

-millimiz-8-pille-geriledi
Oxunma sayı: 1591



Bundan öncəki siyahıda aktivində 222 xal olan yığma bu dəfə 198 xalla 139-cu pillədə qərarlaşıb. 

“Avro2016”nın seçmə mərhələsində millimizin rəqibləri olan İtaliya 10-cu (+2), Xorvatiya 19-cu (mövqeyində dəyişiklik yoxdur), Norveç 70-ci (-1), Bolqarıstan 71-ci (-1), Malta isə 145-ci (+4) yeri tutur.

Reytinq siyahısına yenə son dünya çempionu Almaniya yığması başçılıq edir. Argentina ikinci, Kolumbiya isə üçüncü pillədə qərarlaşıb. 

Qeyd edək ki, növbəti reytin siyahısı aprelin 9-da açıqlanacaq.