“Qafqazinfo”nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, ötən ilin sentyabrın 21-də ziyarətə qurban kəsməyə gedən ailə özü qurban olub.
Oğrular Sahib Nəcəfovun avtomobilininin şüşəsini sındırıb içindən həyat yoldaşı Zamirə Nəcəfovaya məxsus çantanı götürüblər.
S.Nəcəfovun arvadı Zamirə Nəcəfova ifadəsində bildirib ki, çantada 1070 manat və 2000 ABŞ dolları, telefon, habelə qızıl və məişət əşyaları olub.
Hadisə zamanı digər zərərçəkənlər Mariya Əliyeva, Amalya İmanova, Bəxtiyar Əliyev və Sahib Nəcəfov ifadə verib. Onlar da çantadan həmin məbləğdə pulun olduğunu deyiblər.
Təqsirləndirilən şəxslər ittiham olunan hadisə üzrə özlərini təqsirli bilsələr də, pulun məbləği ilə razılaşmayıblar: “Düzdür, çantada telefon, qızıl, bijüteriya var idi. Onları da polis bizdən alıb özlərinə qaytardı. Pul isə 40 manat və 1500 dollar idi, təxminən 1600 manat. Orada 3 min pul yox idi axı, insafınız olsun”.
S.Müzəffərov hadisəni necə törətdiklərini danışıb: “Bizim maşının şüşəsini sındırıb çantanı götürüb getməyimiz 3-4 dəqiqə çəkdi. Həmin vaxt şeylan ağlımızı başımızdan çıxarıb. Ağlımız başımızda olsaydı, ziyarətgahda heç elə iş edərdik? Ətrafda da heç kim yox idi, kimsə olsaydı bizi tutardılar”.
Sahib və Cəfərin daha bir “qurban”ı olduğu bəlli oub. 1988-ci il təvəllüdlü Abbasov Zahid ifadəsində bildirib ki, ötən il yayda Mərdəkana dənizə gediblər, orada da maşından oğurluq olub: “Dənizdən çıxandan sonra gəldik bir mağazanın qabağında maşını saxladım. Dostlarımla idim, marketdən qayıdanda gördük maşında telefon yoxdur. Baxdıq ki, üçümüzün də telefonu yoxdur. Şalvarlarımızın cibindən isə pul aparılmışdı. Dostum Tural Rüstəmzadənin də 400 manatdan çox pulu aparılıb. Ayda ildə bir dəfə dənizə getdik, onda da belə”.
Təqsirləndirilən şəxslər gənclərin də telefonlarını götürdüklərini etiraf ediblər, amma pulu təkzib ediblər.
Məhkəmənin növbəti iclası iyunun 10-a təyin edilib.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər