Mobil operatorun İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nigar Arpadarainin sözlərinə görə, Volleybol Federasiyasında Açıq Qapılar Günü Bakı-2015 Avropa Oyunları ilə tərəfdaşlıq çərçivəsində şirkət tərəfindən planlaşdırılan tədbirlər sırasında birincisidir.
“Bizim artıq digər idman federasiyaları ilə də razılaşmamız var. Növbəti görüşümüzü Azərbaycan Milli Karate Federasiyasında keçirməyi planlaşdırırıq. Uşaq və yeniyetmələrin digər federasiyaların məşqçiləri ilə də görüşləri planlaşdırılır. Bu tədbirlərin məqsədi məktəbli və onların valideynlərinə maraqlandığı idman növləri ilə yaxından tanış olmaq və artıq bu gün gənclər arasında gələcəyin ulduzlarını seçə biləcək məşqçilərlə söhbət aparmaq imkanını yaratmaqdan ibarətdir.”
Azərbaycan Voleybol Federasiyasının baş katibi Elşən İsmaylov uşaq və yeniyetmələrin möhkəm sağlamlığı və yaxşı idman hazırlığının ölkənin davamlı inkişafının mühüm elementləri olduğunu xüsusi vurğuladı. “Əsas vəzifəmiz idman dəyərlərini təşviq etmək, idmana marağı artırmaqdır. Bu cür tədbirlərin keçirilməsi hamı üçün vacibdir”, - deyə o sözlərinə əlavə etdi.
Həmçinin qeyd etmək lazımdır ki, Nar Mobile tərəfindən planlaşdırılan tədbirlərdə məşqçilər, aparıcı idmançılar və federasiya rəhbərləri iştirak edir. Mütəxəssislər valideynlərə idmanın növü, uşağın idman seksiyalarına qatılmaq yaşı, təlimlərin tezliyi və s. məsələlər haqqında ətraflı məlumatı verəcəklər.
Son xəbərlər
Son Xəbərlər