“Molotov kotleti” sözü Facebookda “partladı” - Video

-molotov-kotleti-sozu-facebookda-partladi
Oxunma sayı: 11604


Xəbər verdiyimiz kimi, bu gün Parlamentdə prokurorun NİDA-çılara qarşı sürdüyü ittihamlar müzakirə olunub.

"Qafqazinfo" xəbər verir ki, millət vəkili Siyavuş Novruzovun Molotov kokteyli əvəzinə "Molotov kotleti" deməsi isə bu gün sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Qeyd edək ki, YAP-çı deputat Siyavuş Novruzov bildirib ki, gənclərin məhkəməyə düşməsinə görə onları öyrədənlər məsuliyyət daşıyır: 

"Bunu uşaqları öyrədib əlinə molotov kokteyli verib polisə hücum edən insanlardan soruşun.  Niyə xalqın uşaqlarını bədbəxt edirsiz? Azərbaycanda siyasi məhkəmə yoxdur. Bu termin hardan çıxıdı? İndidən hələ çıxmamış qərarın üstünə kölgə salmaq olmaz. Hüquq müstəvisində çıxarılan qərardan narazı olanlar digər instansiyalara müraciət edə bilər. Avropa Məhkəməsinə müraciət  edə bilərlər. Ölkədə dəfələrlə əfv fərmanları verilib. Ona görə yox ki kimsə siyasi partiyanın üzvdürsə, o, əfvə düşəcək. Kimin maddəsi bura düşürsə, o, azad oluna bilər. İxtisasından asılı olmayaraq hər kəs qanun qarşısında cavabdehdir”.