Müsavat nurçuların həbsini müzakirə etdi

-musavat-nurcularin-hebsini-muzakire-etdi
Oxunma sayı: 1289


“Qafqazinfo” xəbər verir ki, iclasda qərarların icrası, görülən işlər müzakirə olunduqdan sonra partiyadaxili məsələlərə baxılıb. Yığıncaqda partiyanın Məclisinin növbəti toplantısının maraqlı müzakirə şəraitində keçdiyi və qəbul olunan qərarların günün tələblərinə cavab verdiyi, 2014-cü ilin dekabr ayında keçiriləcək Bələdiyyə seçkilərində iştirak haqqında Məclisin qərarının cəmiyyətdə maraqla qarşılandığı qeyd olunub.

“N!DA”Vətəndaş Hərəkatı gənclərinin məhkəmə prosesində absurd ittihamların davam etdirildiyi və istintaq zamanı yandırıcı maddə kimi ortaya qoyulan “Molotov kokteyl”lərinin artıq partlayıcı maddə kimi təqdim olunması məhkəmənin siyasi sifarişlə aparıldığını təsdiq edən hal olduğu nəzərə çatdırılıb. Əsaslandırılmış səbəb göstərmədən Bakı şəhərində bir gündə 41 nəfərin həbsə alınmasına hüquq-mühafizə orqanlarının aydınlıq gətirməsinin vacibliyi tələb olunub.

Müsavat Partiyası Rusiyanın Ukraynaya müdaxiləsi nəticəsində yaranmış vəziyyətdən narahatlığını ifadə edərək, təcili olaraq GUAM ölkələrinin rəhbərlərinin sammitinin çağırılmasını, mövcud durumun və proseslərin müzakirə edilməsini və Ukraynaya tam dəstək ifadə olunmasını vacib hesab edib, beynəlxalq birliyi Rusiyanın Ukraynaya qarşı işğalçı müdaxiləsinin qarşısını almaq üçün beynəlxalq normalara əsaslanan daha sərt tədbirlər görməyə dəvət edib.

Müsavat Partiyası Rusiyanın Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə qarşı addımlarına görə Avropa Şurasının Parlament Assambleyasında ilin sonunadək səsvermə hüququndan məhrum edilməsi məsələsində Azərbaycan nümayəndə heyətinin iştirak etməməsini Azərbaycanın milli maraqlarına zidd hesab edir.