Namiq Qaraçuxurludan açıqlama gəldi

-namiq-qaracuxurludan-aciqlama-geldi
Oxunma sayı: 5936


Tanınmış meyxana ifaçısı Namiq Qaraçuxurlu bu gün mətbuatda yayılan polis tərəfindən saxlanılması haqqında  xəbərə münasibət bildirib. 

Hadisə ilə bağlı meyxanaçı özü “Qafqazinfo”ya açıqlama verib. O bildirib ki, yayılan informasiya kökündən yanlışdır, ümumiyytlə belə bir hadisə olmayıb: 

“Mən bütün Ramazan ayı oruc tutmuşam. Bu gün də hamı kimi bayramı qeyd etməya hazırlaşırdım. Səhər tezdən mənə saysız gələn zənglərin nəticəsində bu xəbərdən məlutım olub. Ən azından belə gözəl gündə yalan xəbər yayılmamalıdır ilk növbədə  bu günahdır.

Məsələyə hüquq-mühafizə orqanları da münasibət bildirməlidi. Düşünürəm ki, Daxili İşlər Nazirliyi də bu məlumatın yanlış olduğunu açıqlamalıdı".

Müğənni onu da deyib ki, bir neçə həftədən sonra o, seriala çəkiləcək. Orda təxmini belə səhnə nəzərdə tutulub ancaq bu təbii ki, ssenaridir.