Mart ayının 2-də İspaniyanın Barselona şəhərində işə başlayan bu ənənəvi tədbirdə yeni bazar trendləri, texnologiya nailiyyətləri, çağdaş ideya və təşəbbüslər, mobil rabitənin gələcək perspektivləri kimi önəmli məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, interaktiv sessiyalar keçirilib, panellər və diskussiyalar təşkil edilib. Konqresə dünyanın İKT sahəsində fəaliyyət göstərən ən nəhəng şirkətlərinin rəhbərləri və baş icraçı direktorları da qatılmışdılar.
Tədbirdə aktiv iştirak edən “Nar Mobile” nümayəndələri digər konqress iştirakçıları ilə birlikdə geniş diskussiyalara qatılıb, təcrübə mübadiləsi aparıb, telekommunikasiya sahəsində tətbiq edilən yeniliklər və innovativ dəyişikliklər haqqında fikirlərini bölüşüblər. “Nar Mobile” təmsilçiləri Ümumdünya Mobil Konqresi çərçivəsində təşkil edilən mobil texnologiyalar sərgisində də iştirak ediblər. Qeyd edək ki, dünyanın müxtəlif ölkələrindən olan minlərlə qonağın qatıldığı dördgünlük mötəbər tədbirdə fərqli sessiyalar keçirilmişdir.
Son xəbərlər
Son Xəbərlər