“Narkomaniyaya qarşı mübarizə” həftəsində 2 tamaşa

-narkomaniyaya-qarsi-mubarize-heftesinde-2-tamasa
Oxunma sayı: 739


 “Qafqazinfo”nun məlumatına görə, Əbilov adına mədəniyyət evində müəllifi Arzu Soltan, rejissoru İntiqam Soltan olan “Tamaşa” mono tamaşası ilə çıxış edən teatr il boyu bu mövzuda apardığı maarifləndirmə kampaniyasını mövsümün sonuna qədər davam etdirib. İlboyu 150–yə yaxın tamaşa oynayan teatr 12-ci teatr mövsümünün son tamaşasını Şüvəlan mədəniyyət evində nümayiş etdirib. Bu narkomaniya və QİÇS-ə qarşı mübarizədə Avropa Şurasının Pampidou Qrupu tərəfindən narkotiklərə gənclərin fəal iştirakı ilə həyata keçirilən innovativ layihə olaraq tanınmış və 80 layihə arasında ilk üçlüyə düşmüş, narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin sifarişi ilə Arzu Soltanın qələmə aldığı İntiqam Soltanın quruluş verdiyi “Həyatla oyun” tamaşası olub. Tamaşa demək olar ki, Azərbaycanın bütün rayonlarında, eləcə də universitet və kolleclərində nümayiş edilib.