“Narkotiklər adətən işğal olunmuş ərazilərdən keçir”

-narkotikler-adeten-isgal-olunmus-erazilerden-kecir
Oxunma sayı: 646

"Qafqazifo"nun Trend-ə istinadən verdiyi məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri, Baş nazirin müavini Əli Həsənov deyib.

Baş nazirin müavini bildirib ki, Azərbaycan nə qədər sürətlə inkişaf edirsə, təbii ki, yükdaşımaların dövriyyəsi də artır.

"Beynəlxalq layihələr nə qədər çox icra edilirsə, Azərbaycana giriş-çıxış çoxalır. Turistlərin sayı artır. Bunların hamısı dünya narkobiznesi üçün ərazidən tranzit kimi istifadə etməyə şərait yaradır. Lakin biz öz işimizi gücləndirmişik. Bütün dövlət qurumları bu tranzitin qarşısının alınması üçün bu istiqamətdə səfərbər olublar. Lakin bizim böyük çətinliyimiz ondan ibarətdir ki, tranzit narkotiklərin çoxu işqal olunmuş ərazilərdən keçir. Biz də həmin ərazilərə nəzarət edə bilmirik".