Nazirdən iki yeni təyinat

-nazirden-iki-yeni-teyinat
Oxunma sayı: 4040

Vergilər Nazirliyində yeni yaradılmış daha iki departamentə təyinat baş verib.

Qafqazinfo” Nazirliyin saytına istinadən xəbər verir ki, ədliyyə müşaviri Vüqar İsmayılov Vergi öhdəliklərinin icrasına nəzarət departamentinin baş direktoru vəzifəsinə təyin olunub. O 2016-cı ilin noyabr ayından Daxili Təhlükəsizlik Baş idarəsinin rəisi vəzifəsində çalışıb.

Kiçik vergi xidməti müşaviri Toğrul Quliyev isə bundan sonra Vergi qanunvericiliyinin icrasına nəzarət departamentinin baş direktoru vəzifəsini icra edəcək. T. Quliyev 2016-cı ilin fevral ayından etibarən Vergi auditi və operativ nəzarət idarəsinin rəisi vəzifəsində çalışıb.

Günel Türksoy