“Qafqazinfo” xəbər verir ki, o, bu barədə şəxsi “Facebook” səhifəsində status yazıb:
“Bu gün Müsavat Milli Şuradan getdi. Sosial şəbəkələrdə, mətbuatda fərqli yanaşmaları oxuyuram. Yadıma ilk istefa verdiyim günlər düşür. Bəziləri məni xəyanətdə, satqınçılıqda ittiham etdilər. Nə oldu bəylər, indi toplu xəyanət baş verir? Sizdən və sizin əxlaqınızdan fərqli olaraq sizi xəyanətkar adlandırmıram. Hər bir fərdin və ya partiyanin siyasi fəaliyyət istiqamətini seçmək onun hüququdur bu bir siyasi etikadır. Əslində bir yerdə olub hər gün bir-birini təhqir etməkdənsə ayrı ayrılıqda fəaliyyət göstərmək daha effektlidir. Ən azından cəmiyyətə ümumi müxalifət adından zərbə dəyməyəcək.
Unutmayın və etiraf edinki sizin bu əməllərinizi öncədən gördüyüm üçün istefa etdim.
Düsünürəm xalqımız baş verən hadisələrə düzgün yanaşacaq və gələcək siyasi proseslərdə düzgün qərar çıxaracaq!”
Son xəbərlər
Son Xəbərlər