“Necə toy edim?” - Günayın eks-əri ağladı

-nece-toy-edim
Oxunma sayı: 6590

Ötən il Günay Musayeva ilə evliliyini bitirən aktyor Tolqa Karelin toy planında dəyişiklik olub.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Gem TV-də ( İran televiziyası) yayımlanan serialda rol alan aktyor qonorarını ala bilməyib. 

Karel sərxoş vəziyyətdə serialın prodüseri ilə görüşüb, pulun ona verilməsini tələb edib.

“Tez bir zamanda toyum olacaq. Pulumu ala bilməsəm, toy planımda dəyişiklik olacaq. Necə toy edim?”,- deyə aktyor göz yaşlarını saxlaya bilməyib.

Sərxoş vəziyyətdə görüşə qalan Tolqa 7-ci bölümdən sonra layihədən ayrılacağını da bildirib.

Xatırladaq ki, aktyor Sarah Skotla bir müddət əvvəl nişanlanmışdı.