Azərbaycan Premyer Liqasının 25-ci turunda "Rəvan"la qarşılaşan "İnter" rəqibini 3:1 hesabı ilə məğlub edib.
“Qafqazinfo” xəbər verir ki, qarşılaşmadan sonra qonaqların baş məşqçisi Bəhmən Həsənov oyunla bağlı fikirlərini səsləndirib.
"Hücumlarımızın sayı-hesabı olmadı. Sadəcə, qol vura bilmədik. Yaxşı oyun oldu. "İnter" ilk hissədə vurduğu qollarla məsələni həll etmişdi. Bir qol vursa bilsəydik, daha fərqli oyun ola bilərdi. Qarşılaşma çox xoşuma gəldi. Futbolçularımı təbrik edirəm".
- Cərimə zərbəsindən buraxılan qolda qapıçının səhvi var idi. Həmin epizodla bağlı fikirlərinizi bilmək maraqlı olardı...
- Qapıçının toyu təzə olub. Gənc və perespetvlidi. İnanıram ki, gələcəkdə daha yaxşı olacaq. Düzdü, bir az problemləri var. Bu, problem Elçin Sadıqovda da var. Qapıçı məşqçisi ilə söhbət edirəm. Deyir ki, mövqe seçimi hər ikisində var. Yəqin ki, bir yerdə məşq etməklərindən irəli gəlir. Deyir, atı atın yanına bağlasan, həmrəng olmasa da, həmxasiyyət olacaq.
- Bu gün Ruslan Tağızadə nə yaxşı hücumameyilli oynayırdı?
- Ruslan Tağızadə bütün oyunu belə oynadı. "İnter" hücumda çox təhlükəlidi. Yaxşı futbolçuları çoxdu. Buna rəğmən, Ruslanı önə atdıq ki, əks hücumlarda problemlər yaşamayaq. Novruz Məmmədovun zədələnməsi də problem yaşatdı. Mənə görə pis oyun olmadı.
- Komandanız bəsit qollar buraxsa da, çox səbrli davrandınız...
- Siz mənim yerimə olsaz, heç dəyişiklik etməzsiniz. Meydana kimi buraxım? Bir nəfər müdafiəçi var ki? Əlinin papağını Vəlinin, Vəlininkini də Əlinin başına qoyuram. Heç ilk hissədə bu qədər qol buraxmamışdıq. Ötən oyun o qədər əsəbləşdim ki, iki gün özümə gələ bilmədim.
Son xəbərlər
Son Xəbərlər