Bu sözləri “Qafqazinfo”ya açıqlama verən I Avropa Oyunlarının könüllülərindən biri, Qarabağ qazisi İlham Məhərrəmov deyib. İki ildən çoxdur ki, “Arabaçı” onlayn kanalının rəhbəri olan İlham Məhərrəmov Avropa Oyunlarında könüllü fotoqrafdır. Çəkdikləri video-rolikləri kanalında yayımlayan qazi, çalışdığı sağlamlıq imkanları məhdud peşə reablitasiya mərkəzindən də 20-yə yaxın əlilliyi olan tələbəni bura cəlb etdiyini deyib: “Bu da bir vətənə xidmətdir. Əvvəl-əvvəl adam bir az sıxılır, ancaq bir müddət sonra tam sərbəst olur. Həm çəkiliş edib kanalımızda paylaşırıq, həm də bizim üçün maraqlı işdir. 21 il əvvəl də könüllü olmuşam, indi də könüllüyəm. Onda əlimizdə silah var idi, indi kamera, mikrofon. Amma amal, niyyət eynidir: Vətənə xidmət”.
Günel Hacı
Son xəbərlər
Son Xəbərlər