"Zirə"nin baş məşqçisi Adil Şükürov Topaz Premyer Liqasının 31-ci turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyunu şərh edib.
“Qafqazinfo” xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 0:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
- Hər iki komanda mübariz oyun sərgilədi. Məncə, baxımlı oyun alındı. Getdikcə oyunumuzu daha da inkişaf etdirəcəyik.
- "Zirə"nin futbolçularının yayda avrokuboklara qatılacaq klublara icarəyə veriləcəyi deyilir...
- Hər birimiz Azərbaycan futbolunun inkişafı üçün çalışırıq. Prezidentimiz də bu sözü deyərkən, məhz bunu fikirləşib. Ancaq bu, o qədər də real deyil.
- İkinci hissədə sanki "Zirə" hücum etmək istəmirdi. Belə demək olar ki, "Zirə" bura heç-heçə üçün gəlmişdi?
- Bəli, ikinci hissədə bir qədər müdafiə futboluna üstünlük verdik. Ancaq bir xal barədə düşünmürdük. Bura qələbə üçün gəlmişdik.
- Fiziki yüklənmə sizi narahat etmir ki?
- Bu gün müdafiədən oynamağımız sırf taktika ilə bağlı idi. Yorğunluq yoxdu.
- Sizə elə gəlmir ki, Nurlan Novruzov son oyunlarda çox simulyasiya edir?
- Nurlanın xarakteri belədi. Oyun vaxtı tez-tez yıxılması çox vaxt yorğunluqla bağlı olur. Ancaq mən ona əvvəllər də demişəm ki, belə hallara az yol versin.
- Mövsüm boyu əziyyət çəkib, avrokuboklardan kənarda qalmaq sizə pis təsir etmir ki?
- Hələ 1 faiz də olsun, şansımız var. Avrokuboklardan kənarda qalmağımızı düşünmək hələ ki, tezdi.
Son xəbərlər
Son Xəbərlər