“Öz biznes ideyanı yarat” və “Öz biznesinə başla”

 “Öz biznes ideyanı yarat” və “Öz biznesinə başla”
Oxunma sayı: 436

İqtisadi İnkişaf Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, Nazirliyin Bakı Biznes Tədris Mərkəzinin Gəncə nümayəndəliyinin əməkdaşları, eləcə də Gəncə şəhərində yerləşən 2№-li peşə məktəbinin müəllim və tələbələri iştirak ediblər.

Treninqdə iştirakçılara biznes ideyanın yaradılması, biznes-planların tərtib edilməsi, SWOT-təhlilin aparılması və bu sahədə beynəlxalq təcrübə, maliyyə planlarının hazırlanması və s. barədə ətraflı məlumat verilib.

Həmçinin, tədbir çərçivəsində İqtisadi İnkişaf Nazirliyinin və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) dəstəyi ilə yaradılmış www.b2b.az elektron ticarət portalı, portalın biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı əlverişli imkanlar, portaldan istifadə qaydaları, elektron ticarətlə bağlı beynəlxalq təcrübə və s. barədə məlumat iştirakçıların diqqətinə çatdırılıb.

Treninqdə iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.

Nigar Məmmədli


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi