Paris terroru və müsəlmanın inkişaf yolu

-paris-terroru-ve-muselmanin-inkisaf-yolu
Oxunma sayı: 1374


Parisdə baş vermiş dəhşətli terror aktına görə bir insan olaraq hər kəs üzülməlidir. Bu faciəyə sevinmək nə insanlığa, nə də imana sığan deyil. Terrora məruz qalmış bir xalq olaraq hələ bizə heç yaraşmaz. Əgər terrora sevinən varsa, deməli o, terrora məruz qalmış türk və ya azərbaycanlılıqdan, eləcə də fələstinli olmaqdan uzaqlaşıb. Çünki, terrora hədəf olmuş bir xalqın nümayəndəsi bu faciəyə sevinməz. Əgər Parisə hücum edib dinc sakinləri öldürənlərə haqq qazandıranlar varsa, o zaman Bakıda metronu partladan ermənilərə haqq qazandırsınlar. Bi bir məsələ. 

Bu aksiyanı müsəlman-xristian sivilizasiyasının toqquşması kimi qələmə verənlər də var. Bu bir medalyonun iki üzü kimidir. Bu gün Qərb güclü vəəzən, müsəlman Şərqi isəəzilən rolundadır. Buna görə kim təqsirkardır: Əzən Qərbmi, əzilən Şərqmi? Bu məsələdə müsəlman təəssübkeşləri tez-tez avropalıların şimali Afrikadakı qəddarlıqlarından xatırladırlar. Amma o zaman Qərbin güclü dövrü idi və Qərb sivilizasiyası da müsəlmanların əsrlər boyu güclü dövründəonları əzdiyini göstərən tarixi misallar gətirirlər. Deməli bu əbədi mübarizədir və güclü zəifi hər zaman əzib vəəzəcək. Biz dəəzmişik, bizi dəəzilrər. Avropa 2-ci dünya savaşından sonra özü üçün dərs götürüb vahid ailə yaradaraq əzən vəəzəilənlərə bölünmənin qarşını almağa çalışdı. Amma Qərb güclü olduğu dövrdə eyni yanaşmanı zəif Şərqə göstərmədi, əzməkdə davam etdi: dünyanı dəqiq konturlarla xristian və müsəlman sərhədlərinə böldü, müsəlman sivilizasiyasının inkişafının qarşısını almaq üçün yezuitlərin dövründən tətbiq olunan ideologiyanı davam etdirdi. Özünün gizli və açıq resursları ilə Şərqi gerilik, radikallıq, ultra mühafizəkarlıq  məngənəsində boğdu. Nəzərə alsaq ki, Afrikanın şimalı, Ərəbistan yarımadası iki əsrdən artıqdır ki, de-fakto Qərbin nəzarətindədir, o zaman alnıaçıq iddia etmək olar ki, bu günkü “terrorçu müsəlmanlar” Qərbin özünün məhsuludur, yetirməsidir. Nə tökərsən aşına, o da çıxar qaşığına. Özünüz istədiyiniz cəmiyyətdir və özünüz yaratdığınız terrorçulardır, özünüz də cavab verin. Kasıblıq və səfalıt içində olan müsəlman cəmiyyətlərinin belə güclü terrorçu şəbəkələri yaratmaq imkanı sıfıra bərabərdir. Olsa-olsa krallar və şeyxlər yarada bilər ki, onlar da Qərbin dostlar vəəlaltılarıdı, buna şəkk-şübhə yoxdur, edən varsa obyektivlikdən uzaq adamdır. Əgər Avropa bunu istəmirsə, müsəlman Şərqi onları qorxudursa, o zaman Şərqı qucaq açmalı, sivil cəmiyyətin, elmi-texnoloji inkişafın yaranmasında yardımçı olmalıdır. Axı Avrpann öz inkişafı eyni yolun üzrəindən keçib. Qərbdə renesans məhz müsəlmanların İspaniya və İtaliya vasitəsi ilə Avropaya ekspansiyasından sonra başlayıb. Qabaqcıl müsəlman sivilizasiyası öz elmi biliklərini Avropa ilə paylaşdı, yazılan elmi əsərləri lütfkarcasına Avropaya təqdim etdi və 13-cü əsrdə “tərcümə epoxası” renesansın təməlini qoydu. İndi Avropa terrordan qurtarmaq istəyirsə müsəlmanlara öz borcunu qaytarmalıdır. Əks halda qarşılarında hər zaman terrorçu görəcəklər. Elmi, təhsili, sivil vətəndaş cəmiyyəti olmayan vəəzilən bir toplum yalnız terrorçu yetişdirə bilər. Amma Qərbin haray-həşirinə aldanmaq sadəlövhlük olardı. Onlar inkişaf etmiş, qabaqcıl müsəlman cəmiyyətindənsə radikallığa, fanatikliyə sürüklənmiş, düşüncələrə, inkişafa meyllərə məhdudiyyət qoyan bir topluma üstünlük verirlər. Çünki, belə toplumu idarə etmək və sümürmək asandır. Lakin bütün bunlar müsəlmanlara terrora əl atmağa bəraət verirmi və ya terror çıxış yoludurmu? Məncə Paris, Sidney və ya digər terror aksiyalarından sonra bu sual üzərində düşünməlidir müsəlmanlar.   

Qərbin sıravi vətəndaşları hay-küy sala bilər, amma məlumatlı avropalılar yaxşı anlamalıdır ki, bu faciələrdə terrorçu qədər onların da payı var. Amma bu müsəlmanlara hər baş verən faciəyə görə Qərbi günahlandırıb, özünün aydan-arı, sudan duru olmasını düşünmək haqqı vermir. Bu gün müsəlman toplumunda uğursuzluq psixologiyasının təzahürləri dərin kök atmaqdadır. Bu psixologiyanın ən əsas göstəricisi uğursuzluğa görə özündən başqa hamını günahlandırmaqdır. Müsəlmanlar bu gün Qərbin haqsızlığı qarşsıında acızdirlərsə bunun günahı daha çox özlərindədir. Müsəlman cəmiyyəti güclü olmasa Qərb onunla heç zaman hesablaşmayacaq. Güclü olmağın yolu isə terror və fanatizmdə yox, zehinlərin inkişaf üçün vacib olan trendlərə - elmə, təhsilə, mənimsəməyə açılmasıdır. Vaxtilə İslam sivilizasiyasının sıçrayışının kökündə məhz bu dururdu. Peyğəmbər qapalı və tradisionalist ərəb-müsəlman zehninin qapılarını açdı, müsəlmanlar dünyanın inkişaf meyllərini sürətlə mənimsədi, yunan elmi və fəlsəfəsini – Aristoteli, Evklidi, Ptolomeyi, Platonu, Çin elmini, türk hərb sistemini öyrəndi vəbu bilikləri inkişaf etdirib möhtəşəm bir sivilizasiya qura bildi. Sonra Avropa inkişaf etmiş müsəlman sivilizasiyasından müsbət trendləri mənimsəməyə başladı – Əl Haysamı, Birunini, Tusini, ən-Nəyrizini, əl-Kindini öyrəndi və Qərbin inkişaf mərhələsi başlandı. Sonra növbə müsəlmanların idi, XIX-XX əsrdə Avropa inkişafının pik həddinə çatanda növbə müsəlmanların idi, amma zəncirvarı proses qırıldı. Osmanlı qorxusu Avropanı elə sarsıtmışdı ki, əbədlik müsəlman təhlükəsindən qurtarmaq lazım idi və Qərb bu dəfə öz inkişafını müsəlmanlarla bölüşmək istəmədi və avropalılar üçün müsəlmanları dünyada gedən inkişaf prosesindən təcrid etmək elə də çətin olmadı. Müsəlman din xadimləri və Quran təfsirçiləri Qərb üçün münbit şərait yaratmışdı. Misir Universitetinin professoru, “ərabi-paşa” üsyanlarının rəhbərlərindən biri, artıq XIX əsrdə müsəlman dünyasını gerilikdən qurtarmaq üçün mübarizə aparmış mütəfəkkir Cəmaləddin Əfqani yazırdı: "Bütün var-dövlət, sərvət əsasən elmin məhsuludur. Dünya elm üstündə bərqərar olur.Elmi bəşəriyyətin əlindən alsan, daha dünyada insanlıqdan əsər qalmaz. Elm bir nəfərin gücünü on nəfərə, min və on min nəfərə bərabər edir.Elməvə mədəniyyətəən yaxın vəən doğma din islam dinidir.Lakin elmə doğma olan belə bir din son əsrlərdə cahil təfsirçilərin ucbatından xurafat, mövhumat dininə cevrilmişdir. Mürtəce din xadimləri hər şeyi alın yazısı ilə, qəzavü-qədərlə bağlayır insanları əməli fəaliyyətdən, işgüzarlıqdan, təşəbbüskarlıqdan uzaqlaşdırmağa çalışır, beyinlərə boş-boş şeylər yeridirdilər. Qəribə burasıdır ki, müsəlman üləmaları elmi iki yerə bölmuşlər: müsəlman elmləri və Avropa elimləri. Bununla da onlar müsəlman xalqını faydalı elimləri mənimsəməkdən çəkindirirlər. Onlar başa düşmürlər ki, insanı şərafətli edən elm ayrıca hec bir xalqa mənsub deyil, kim ona yiyələnsə onundur.Müsəlmanlar Aristoteli o qədər rəğbətlə oxuyurlar ki, elə bil o əsl müsəlmandır. Amma Nyutonu, Qalileyi, Kepleri kafir hesab edirlər. Elmin atası-anası və sübutu dəlildir. Burada əsas Aristotel, yaxud Qaliley deyildir, haqqı, həqiqəti sübut edən elmi bizim üləmalar qadağan edirlər, elə bilirlər ki, bununla islamı qoruyub saxlayırlar. Belə adamlar əslində islamın düşmənləridir". Müsəlmanları Avropa elmini öyrənməyə çağıran Əfqanini din xadimləri Misir Universitetindən qovdular və kafir elan etdilər. İslam dünyasının inkişafını istəyən nüçə-neçə beləƏfqanilər təqib olundu vəəvəzində bu gün Qərbin əzdiyi bir müsəlman sivilizasiya yaradıldı. Deməli, üzdə “İslama xidmət edən” din xadimləri əslində Qərb üçün, indi anlaşılan dildə desək “beşinci kalon” rolunu oynadılar və bu gün də oynamaqdadırlar. Elə Parisdə terror həyata keçirənlər də həmin din xadimləri qədər Qərbə qulluq edirlər, birbaşa və ya dolayı yolla. Odur ki, müsəlman toplumu dərk etməlidir – terror və fanatizm yalnız və yalnız Qərbin quyusuna su tökməkdir. Bunu təsdiqləmək üçün kifayət qədər nümunə var. Elə yaxın tarixdən. Cövhər Dudayevin qurduğu Çeçenistan nə qədər ki, sivil cəmiyyəti və siyasi quruluşu olan bir respublika idi – Rusiya onunla danışıqlar aparmağa məcbur idi. Sonra dini təriqətlər Çeçenistana doldu, fanatizm və terror Rusiaya “Çeçenarzularını” məhv etmək üçün münbit şərait yaratdı. Kimin kimə qulluq etdiyini tarix özü göstərdi. Nə yazıq ki, görmək istəməyənlər gömürlər belə nümunləri. Odur ki, terror müsəlmana heç nə gətirməyəcək, əksinə Qərbin işinə yarayacaq. Qaranlıqdan çıxmağın tək yolu – öyrənmək, mənimsəmək, sivil cəmiyyət qurmaqdan keçir.  Hələ də gec deyil: müsəlmanlardalana dirəndiklərini anlamalı, Cəmaləddin Əfqanini, Məhəmməd Əbdühü və başqa qabaqcıl fikir adamlarını öyrənməli və vaxtilə qurulan inkişaf zəncirini bərpa edib sıçrayışa qovuşmalıdırlar.