“Qafqazinfo” xəbər verir ki, İsveçin xarici işlər nazirliyinin dəstəyilə keçirilən forumda regionun vacib strateji istiqamətləri, o cümlədən, iqtisadi potensialı, sosial və mədəni irsi, çoxsaylı problemləri müzakirə olunacaq. Burada ABŞ, Avropa Birliyi ölkələri, Türkiyə, AB-nin Şərq tərəfdaşları, həmçinin Azərbaycan, Ermənistan və Gürcüstandan olan strateqlər, məşhur siyasətçilər iştirak edəcəklər. Onlar Cənubi Qafqazın geostrateji potensialı, bölgənin siyasi və təhlükəsizlik problemləri, ticarət və infrastrukturu, potensial inkişaf istiqamətləri və cari islahatları ətrafında konstruktiv fikir mübadiləsi aparacaqlar.