Partiya sədri Xarici İşlər Nazirliyinin nümayəndəsi ilə görüşdü

-partiya-sedri-xarici-isler-nazirliyinin-numayendesi-ile-gorusdu
Oxunma sayı: 923

Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Belçikanın Xarici İşlər Nazirliyinin nümayəndəsi, səfir Renier Niyskensi qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, görüşdə Belçika-Azərbaycan münasibətləri, multikultural dəyərlər, ölkəmizdəki və regiondakı vəziyyət, Dağlıq Qarabağ probleminin həlli yolları, Azərbaycanın Avropanın enerji təhlükəsizliyi sistemindəki rolu müzakirə edilib. Asim Mollazadə qonağa partiyanın fəaliyyəti ilə bağlı ətraflı məlumat verib.