Gəncə şəhərində qadının evinə basqın edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, aprelin 11-də naməlum şəxs Gəncə şəhər sakini Sevda Tağıyevanın evinə girib onu bıçaqla hədələyərək pul və qızıl əşyalar verməsini tələb edib. Qadının səs-küy saldığını görüb hadisə yerini tərk edib. Bununla da istədiyinə nail ola bilməyib. Hadisəni törədən şəhər sakini Şükür Əşrəfov tutulub. Onun daha bir evdən oğurluğa cəhd göstərməsi də müəyyən edilib.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər