Qadını qarət edən 33 yaşlı kişi saxlanıldı - Foto

-qadini-qaret-eden-33-yasli-kisi-saxlanildi
Oxunma sayı: 1908

Gəncənin Nizami rayonu, Mirzə Fətəli Axundov küçəsində yaşayan şəhər sakini, 54 yaşlı Bulxar Zeynalova hücuma məruz qalıb.

Qafqazinfo” Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, naməlum şəxs qadını bıçaqlqa hədələyərək 90 manat pulunu quldurluq yolu ilə ələ keçirib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Gəncə şəhər sakini 33 yaşlı Vüqar Xəlilov saxlanılıb.