“Google Analytics”in göstəricilərinə əsasən Azərbaycanda ən çox oxucu auditoriyası olan az saylı saytlardan biri kimi “Qafqazinfo” hər ay portala daxil olan ziyarətçilərin, onların oxuduqları səhifələrin sayını, eləcə də unikal İP-lərini açıq şəkildə yerləşdirəcək. Hər ayın statistikası haqqında ayrıca bir xəbər təqdim edilməklə yanaşı, “Screen shot”lar da foto kimi qoyulacaq.
Hazırda oxucularımıza bi ilin ilk 3 ayının statistikasını ayrı-ayrılıqda və 2013-cü ilin isə son 5 ayının statistikasını bütövlükdə təqdim edirik.
2013-cü ilin ancaq son 5 ayının təqdim olunmasına səbəb isə saytın “Google Analytics”inin ötən ilin 7-ci ayında yenisi ilə əvəz olunması olub.
2014, Mart
2014-cü ilin mart ayı ərzində qafqazinfo.az saytına giriş statistikası ilə bağlı məlumatları təqdim edirik. Rəqəmlər virtual dünyanın ən etibarlı hesablayıcısı sayılan Google Analytics-dən götürülüb.
Mart ayı ərzində qafqazinfo.az səhifəsinə 3,083,735 ziyarətçi daxil olub. Ziyarətçilər 548,042 unikal İP-dən daxil olub. Ümumilikdə 19,535,277 səhifə baxışı olub.
Ziyarətçilərin 2.720.342-si (87 faizi) Azərbaycanın, yerdə qalanı isə digər ölkələrin payına düşür.

2014, Fevral
2014-cü ilin fevral ayı ərzində qafqazinfo.az saytına giriş statistikası ilə bağlı məlumatları təqdim edirik. Rəqəmlər virtual dünyanın ən etibarlı hesablayıcısı sayılan Google Analytics-dən götürülüb.
Fevral ayı ərzində qafqazinfo.az səhifəsinə 2,745,449 ziyarətçi daxil olub. Ziyarətçilər 504,751 unikal İP-dən daxil olub. Ümumilikdə 18,110,063 səhifə baxışı olub.
Ziyarətçilərin 2.407.120-si (87 faizi) Azərbaycanın, yerdə qalanı isə digər ölkələrin payına düşür.



Son xəbərlər
Son Xəbərlər