“Qalatasaray” prezidenti Rusiyaya buraxılmadı

-qalatasaray-prezidenti-rusiyaya-buraxilmadi
Oxunma sayı: 1548

Qadın voleybolçular arasında CEV kubokunun final mərhələsi üçün Rusiyaya yollanan “Qalatasaray”ın prezidenti Dursun Özbək ciddi problemlə üzləşib.

“Qafqazinfo” xəbər verir ki, komanda üçün ümumilikdə 30 viza verən Rusiya klub rəhbərliyinin və digər idarəçilərin müraciətini rədd edib.

Bu səbəbdən də klub prezidenti adıçəkilən ölkəyə yollana bilməyib.

Elsevər