“Rusiya Dağlıq Qarabağ münaqişəsi tərəflərinin təmkin nümayiş etdirməli, həmçinin, danışıqlar prosesini bərpa etməli olduğundan əmindir”.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Zaxarova “İndi sabitliyin bərpası üçün iş görmək, təmkin nümayiş etdirmək tələb olunur. Əminik ki, məsələnin sülh yolu ilə həllinə nail olmaq üçün tərəflər danışıqlar prosesini bərpa edəcək”- deyə fikir bildirib.
XİN rəsmisinin sözlərinə görə, tərəflər hərbi risklərin azaldılması üçün fəallıq nümayiş etdirməlidir. Zaxarova onu da qeyd edib ki, Rusiya vasitəçi qismində tərəflərə lazımı yardım göstərməyə hazırdır.
Aysel Kərimova
Son xəbərlər
Son Xəbərlər