Qarabağ qaziləri 31 nəfərə təlim keçib

-qarabag-qazileri-31-nefere-telim-kecib
Oxunma sayı: 1531


“Qafqazinfo” xəbər verir ki, bu barədə layihənin rəhbəri, “Qarabağ qaziləri” İctimai Birliyinin sədr müavini Firudin Məmmədov məlumat verib. Onun sözlərinə görə, dörd ay davam edən layihədə Qazilər əvvəlcədən icra planında nəzərdə tutulan bütün işləri başa çatdırıblar. Layihənin məqsəd və vəzifələrindən danışan F.Məmmədov bunları deyib: “Həyata keçirdiyimiz layihənin məqsədi Qarabağ müharibəsi əlillərinin, veteranlarının, şəhid ailələrinin və onların ailə üzvlərinin həyat şəraitini yaxşılaşdırılmasına, onların sosial problemlərinin həllinə dəstək olmaqdır. Bu məqsədlə də biz sözügedən təbəqənin nümayəndələri, onların ailə üzvləri üçün kompüter və ingilis dili kursları təşkil etdik. Əvvəlcə kurslara ehtiyacı olan Qarabağ müharibəsi əlillərinin, veteranlarının, şəhid ailələrinin və onların ailə üzvlərindən 31 nəfərin  müəyyənləşdirdik. Ardınca isə onlar üçün peşəkar kompüter və ingilis dili müəllimləri tərəfindən  kursların təşkilini reallaşdırdıq”.

Layihə rəhbəri bildirdi ki, təlim kurslarını uğurla başa vuranlara sertifikatlar veriləcək və gələcəkdə onların işlə təmin olunmasında birlik yardımçı olacaq.

Layihə çərçivəsində “Kompüter biliklər” adlı kitabça da çap edilib.