“Qafqazinfo” Qol.Az-a istinadən xəbər verir ki, 34 yaşlı qolkiper “Qarabağ”ın oyununu hərtərəfli analiz etdiklərini deyib: “Azərbaycan çempionuna qarşı oynayacağıq. Rəqibimizin bir neçə oyununun diskinə baxmışıq. Texnikalı oyuna üstünlük verirlər. Heyətində səviyyəli futbolçular var. “Qarabağ” bir neçə gün əvvəl yoxlama matçında qarşılaşdığımız “Mordiviya”ya bənzətmək olar. Bu komandaların oyun stilində oxşarlıq var”.
M.Radanoviç mərhələ adlamaq şanslarını da dəyərləndirib: “Biz ilk oyundan sərfəli nəticə ilə dönmək istəyirik. Düşünürəm ki, iki oyunun nəticəsində görə növbəti mərhələyə yüksələ bilərik. "Qarabağ" səddini keçə bilərik".
Qeyd edək ki, komandalar arasında ilk oyun Bakıda keçiriləcək.
Son xəbərlər
Son Xəbərlər