“Qarabağ”a texniki məğlubiyyət veriləcək

-qarabaga-texniki-meglubiyyet-verilecek
Oxunma sayı: 2657


Belə ki, "Qarabağ"ın heyətində 69-cu dəqiqədə Riçard Almeyda Namiq Yusifovun əvəzində meydana daxil oldu. Halbuki, həmin vaxt meydanda 6 legioner futbolçu olduğundan, baş məşqçi Qurban Qurbanov yeni legioneri meydandakılardan birinin əvəzində meydana buraxa bilərdi. Amma braziliyalı futbolçunun məhz Namiqi əvəzləməsi səbəbindən limit pozlulub. O, məşqçilər korpusunun səhlənkarlığı ucbatından hətta sonadək meydanda olub (futbolinfo.az).

Qeyd edək ki, buna görə, "Qarabağ"a texniki məğlubiyyət veriləcək. Halbuki, son çempion səfər oyununda 3:0 hesabıyla qalbi gəlmişdi.

Onu da xatırladaq ki, Premyer Liqada hazırda 6+5 limitindən istifadə olunur. Yəni elita klubları eyni vaxtda 6 legioner+5 yerli futbolçu oynada bilərlər. 

 Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev də faktı təsdiqləyib. O, apasport.az saytına açıqlamasında bildirib ki, limiti pozduğuna görə, “Qarabağ”a 0:3 hesablı texniki məğlubiyyət veriləcək.