“Qarabağ”ın prezidenti kosmosa uçacaq

-qarabagin-prezidenti-kosmosa-ucacaq
Oxunma sayı: 2732


“Qafqazinfo” Milli.Az-a itinadən xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası, N.Tusi adına Şamaxı Astofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Xıdır Mikayılov qonaqlar və 160 saylı məktəbin şagirdləri qarşısında astronomiyanının tarixindən və gələcəyindən danışdı.

Rəsədxananın elmi katibi Vaqif Xəlilov rəsədxananın tikilməsindən və astronomiyanın keşiyində duran insanların zəhmətini xatırlatdı. Rəsədxananın aparıcı elmi işçisi Ədalət Ətayi isə bütün dünyada qeyd olunan Astronomiya Günü haqda ümumi məlumat verdi. Onun sözlərinə görə, Astronomiya Günü hər il aprel ayının ikinci yarısı ilə may ayının birinci yarısı arasındaki şənbə gününə düşür. Amma ən maraqlısı odur ki, məhz həmin şənbə günü ayın dörddən bir hissəsi görünür. Bu günü qeyd edən dünya astronomları həm də insanların diqqətini planetlərə, onların öyrənilməsinə yönəldirlər.

Azərbaycanli iş adamı, Tusi Bohm Planitarium-un Azərbaycandakı yaradıcısıTahir Gözəl isə yaxın iki il ərzində, hazırlıqlar bitdikdən sonra kosmosa uçmağa hazırlaşdığı haqda qonaqlara məlumat verdi. İlk azərbaycanlı kosmonavt olacağından və bütün dünyada qeyd olunan Astronomiya Günündən danışan Tahir Gözəl bu zalda oturan məktəblilərin arasından da kosmonavt çıxacağına ümid etdiyini bildirdi.