“Qaradağ-and”la bağlı məsələ aydınlaşdı

 “Qaradağ-and”la bağlı məsələ aydınlaşdı
Oxunma sayı: 535

Bir neçə gün əvvəl ölkə mətbuatında İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhərindəki bir sıra mağazalarda yoxlamaların aparıldığı və yoxlama zamanı “Qaradağ-R”, “Qaradağ-AND”, “Qaradağ-AD”, “Qaradağ-L” və “Qaradağ-H” adlı sementlərin mənşəyinin məlum olmadığı, bəzi kisələrin faktiki çəkisinin etiket göstəricisindən 5-10% az olduğunun müəyyən edildiyi barədə məlumat yayılmışdı.
Bu gün isə məlum olub ki, İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətinə və Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin saytına istinadən yayılmış həmin məlumatda qeyri-dəqiqliyə yol verilib.
Daha doğrusu, məlumat səhv anlaşılıb. Belə ki, sözügedən Dövlət Xidmətinin məlumatında “Qaradağ-AND” şırkətinin bazara saxta məhsullar cıxardığı deyil, bəzi işbazların bu ad altında bazarda saxta məhsullar satdığı əks olunub. Bu isə az qala ölkənin tanınmış şirkətlərindən biri olan “Qaradağ-AND”la İqtisadi İnkişaf Nazirliyi arasında əməlli-başlı mübahisəyə səbəb olacaqmış.
Ancaq “Qaradağ-AND” şirkəti rəhbərliyinin baş vermiş anlaşılmazlıqla bağlı dərhal İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətinə müraciəti və nazirliyin də məsələni operativ araşdırması, işin mahiyyətin aydınlaşdırmaqla yarana biləcək mübahisəyə də vaxtında son qoyub. Müraciətdə reydlər zamanı bir sıra mağazalarda “Qaradağ” adı ilə mənşəyi məlum olmayan və kisələrdə çəkisi az olan sementler satıksan məhsulların “Qaradağ-AND” şirkətiniə heç bir aidiyyatı olmadığını bildirib. Qeyd olunub ki, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti əməkdaşlarının keçirdiyi reydlər zamanı bir sıra mağazalarda “Qaradağ” adı ilə mənşəyi məlum olmayan və kisələrdə çəkisi az olan sementler satılsa da, bunun “Qaradağ-AND” şirkətinin məhsullarına heç bir aidiyyatı yoxdur. Və şirkət istənilən zaman bunu sübut etməyə hazırdir.

Qeyd edək ki, bu məlumat Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən də təsdiqlənib. Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin Rəqabət şöbəsinin müdiri Şahin Nağıyev mətbuata acıqlamasında “Qaradağ-AND”la bağlı anlaşılmazlığa aydınlıq gətirib. O bildirib ki, təmsil etdiyi qurum son günlər “Qaradağ-AND” şirkətində hər hansı yoxlama keçirməyib və aşkarlanan saxta məhsulların da “Qaradağ-AND”a aid olduğunu iddia etmir: “Biz şəhərin ayrı-ayrı mağazalarında yoxlamalar aparmışıq. İddia etmirik ki, aşkarlanan saxta məhsullar “Qaradağ-AND”a aiddir. Sadəcə, ayrı-ayrı adamlar bu cür tanınmış markalardan, əmtəə nişanlarından istifadə edərək, bazara saxta, aşağı keyfiyyətli, normativə uyğun qablaşdırılmamış məhsullar çıxarırlar. Bu cür məhsullar elə şirkətin özünün də nüfuzuna zərbə vurur. Odur ki, biz hamılıqla belə hallara qarşı mübarizə aparmalıyıq. Reydlərimiz isə davam edəcək”.

Hazırda məsələyə hüquq-mühafizə orqanlarının da müdaxilə etdiyi və sement bazarının saxta məhsullardan təmizlənməsi istiqamətində araşdırmalara başlandığı barədə məlumatlar var. /Azpolitika.info/


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi