“Qafqazinfo” ya daxil olan məlumata görə, dindarların, şəhid ailələrinin, kimsəsizlərin, habelə rayon ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi məclisi Lökbatan qəsəbə məscidinin axundu Hacı Faiq açaraq Müqəddəs Ramazan ayı haqqında məclis üzvlərinə müəyyən məlumatlar verib, dualar oxunub və dindarlar adından tədbiri təşkil edən rayon rəhbərliyinə təşəkkürünü bildirib. İftar mərasimində Müqəddəs Ramazan ayının əhəmiyyətindən danışılaraq, milli-mənəvi həmrəyliyin, saflıq və mərhəmətin rəmzi olan bu ayda xalqımıza əmin-amanlıq və duaların qəbul olunması arzulanıb.
Sonra Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin rəhbəri Munis Bayramov çıxış edərək rayon sakinlərini Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov adından Müqəddəs Ramazan ayı münasibəti ilə təbrik edərək, tutduqları orucun Allah dərgahında qəbul olunmasını arzu edib.