Rayon İH-dən “Qafqazinfo”ya daxil olan xəbərdə bildirilir ki, Puta və Ələt qəsəbələrində isə hər biri 120 yerlik olmaqla 2 yeni körpələr evi-uşaq bağçası tikilib. Məlumata görə, hər bir məktəbəqədər təhsil ocağı çarpayılarla, müasir avadanlıqlarla, əlvan rəngli masa və oturacaqlarla, balacaların inkişafına və əylənməsinə kömək edən müxtəlif oyuncaqlarla təchiz olunub. Tərbiyə ocaqlarının yeməkxanası və qazanxanası da müasir tələblərə tam cavab verir. Bundan əlavə daha 4 körpələr evi-uşaq bağçasında əsaslı təmir işləri davam etdirilir.
Bundan başqa prezident İlham Əliyevin 17 yanvar 2014-cü il tarixində imzaladığı “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda da bu sahəyə xüsusi diqqət ayrılıb. Belə ki, Qaradağ rayonunda 4 körpələr evi-uşaq bağçalarının əsaslı təmiri, 1-inin isə sökülərək 80 yerlik yeni binanın tikintisi nəzərdə tutulub.