Topaz Premyer Liqasının XXV turunun “Zirə” ilə oyunundan (1:2) sonra iki günlük istirahətə buraxılan “Qəbələ” məşqlərini sabah bərpa edəcək.
“Qafqazinfo”nun klubun saytına istinadən məlumatına görə, “qırmızı-qaralar” martın 16-da bir araya gələrək “Qarabağ”la XXVI turun matçının hazırlıqlarına başlayacaq.
Günün ikinci yarısında toplaşacaq komanda axşam məşqini Qəbələ şəhər stadionunda gerçəkləşdirəcək. Roman Qriqorçukun komandası hazırlığı tam heyətlə keçəcək. “Qırmızı-qaralar”ın qarşılaşmaya qədər hazırlıqları gündə bir dəfə olmaqla bu arenada baş tutacaq.
Xatırladaq ki, Topaz Premyer Liqasının XXVI turunun “Qarabağ”la oyunu martın 19-da keçiriləcək. Qəbələ şəhər stadionundakı matç saat 15:00-da başlayacaq.
Son xəbərlər
Son Xəbərlər