“Qafqazinfo” xəbər verir ki, iki ispan klubundan yalnız biri ya 90 dəqiqə ərzində, ya da 120 dəqiqənin sonunda yarımfinal mərhələsinin vəsiqəsini təmin edəcək. İlk oyunun nəticəsi 1-1 hesablı heç heçə ilə başa çatıb.
***
Koke 5-ci dəqiqədə bu görüşdəki hesabı açıb. Artıq "Atletiko" ümumi hesabda 2-1 üstündür
***
82-ci dəqiqə gedir matçda və hesab elə 1-0 "Atletiko"Madridin xeyrinədir. Bu nəticə Madrid təmsilçisinə yarımfinal üçün artıqlaması ilə bəs edir.
***
"Atletiko"Madrid adını yarımfinala yazdırdı.
“Bavariya” öz meydanında “Mançester Yunayted”i qəbul edir. Bu cütlük arasında keçirilən ilk oyun da 1-1 hesablı bərabərliklə başa çatıb. Hər iki komandanın yarımfinala adlamaq üçün kifayət qədər şansları var.
***
İlk hissədən sonra tərəflərdən heç biri fərqlənə bilməyib. Hələlik 0-0-lıq hesab qorunur. Bu nəticə səfərdə qol vurmuş "Bavariya"ya sərf edir.
***
Patris Evra hesabı açdı. "Mançester" yarımfinala yaxınlaşır.
***
"Bavariya" Manzukiçlə hesabı bərabərləşdirdi. "Mançester"in qol sevinci cəmi 2 dəqiqə çəkdi.
***
"Bavariya" Müllerlə ikinci qola sevindi. Bu oyunda əlavə vaxt təyin olunmayacaq. Yarımfinalçının adı elə 90 dəqiqənin tamamında bəlli olacaq.
***
Robben komandasını hesaba 3-cü dəfə önə çıxardı. Artıq cütün taleyi demək olar ki həll olunub. Ötən ilin Çempionlar Liqası kubokunun sahibi "Bavariya" yarımfinalın bir addımlığındadır.
"Bavariya" yarımfinalda rəqibini gözləyir.
"Atletiko"Madrid 1-0 "Barselona"
"Bavariya" 3-1 "Mançester Yunayted"
Son xəbərlər
Son Xəbərlər