"Bakı"- "Simurq" oyununda dava

-quotbakiquot-quotsimurqquot-oyununda-dava-
Oxunma sayı: 1037


"Qafqazinfo" futbolinfo.az-a istinadən xəbər verir ki, Zaqatala təmsilçisinin ilk hissəni 2:0 hesabı ilə bitirdiyi qarşılaşmanın fasiləsində ara qarışıb.

Ev sahibinin soyunub-geyinmə otağına gedən koridorda dava düşüb. Belə ki, "Bakı"lılar qonaq komandanın vurduğu ikinci qola etiraz edib. Etirazın davamında isə "zolaqlılar"ın rəsmiləri hakimlərə sərt reaksiya bildirib. Bunun nəticəsində dava düşüb. Polisin hadisəyə müdaxilə etməsi nəticəsində ara sakitləşib. 

Maraqlısı budur ki, "Bakı"nın baş məşqçisi İbrahim Uzunca komandanı ikinci hissəyə çıxartmaq istəməyib. Türkiyəli çalışdırıcını son anda razı sala biliblər. İş burasındadır ki, Uzunca hakimlərin onlara qarşı qərəzli olduğunu düşünür. O, ikinci hissədə hər kəsin eşidəcəyi tərzdə "Bəsdirin bizi yıxıb-sürüdünüz" söyləyib.