"Barselona"dan əzmkar qələbə - - Yenilənib+ Fotolar

-quotbarselonaquotdan-ezmkar-qelebe-
Oxunma sayı: 3021


“Qafqazinfo” xəbər verir ki, “Real”Madrid “Santiyaqo Bernabeo” stadionunda “Barselona”nı qonaq edir. “Real” bu vacib matç öncəsi əzəli  rəqibindən 4 xal irəlidədir. Belə ki, 28 turdan sonra “Real”ın 70 xalı  “Barselona”nın  66 xalı var.

***

6-cı dəqiqədə Andres İniyesta "Barselona"nı "Real"Madrid qarşısında 1-0 önə keçirib.

 ***

20-ci dəqiqədə Kərim Benzema hesabı bərabərləşdirdi.1-1

***

23-cü dəqiqədə Benzema Di Mariyanın ötürməsindən sonra özünün və komandasınln 2-ci qolunu vurdu.

***

İlk 30 dəqiqədən sonra hesab 2-1 "Real" Madridin xeyirinədir

***

42-ci dəqiqədə Lionel Messi hesabı bərabərləşdirdi. 2-2, "Santiyaqo Bernabeo" stadionunda qol yağışı davam edir.

***

Kriştiyano Ronaldo təyin olunan penaltini dəqiq yerinə yetirib. Hesab 3-2 "Real"ın xeyrinədir.

***

Görüşün baş hakimi Undiano Malenko etdiyi kobudluğa görə Serxiyo Ramosu oyundan qovub.

***

Messi hesabı penaltidən yenidən bərabərləşdirdi. Ölüm-dirim mübarizəsi davam edir.3-3

***

84-cü dəqiqə Leo Messi het-trik etdi. Bu dəfə də 11 metrlik cərimə zərbəsindən "Barsa" hesabda önə keçdi.4-3 "Barsa" 3 xala yaxındır.

***

"Barselona" səfərdə əzəli rəqibini 4-3 hesabla məğlub etdi və "Real"Madridlə xal fərqini minimuma endirdi. "Real" 70 xalda qaldı "Barsa" isə 69-cu xalını qazandı.

İqbal