“Qafqazinfo” Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir ki, Gənclər və İdman Nazirliyinin və Təhsil Nazirliyinin Realmadrid Fondu ilə birgə layihə çərçivəsində yaratdığı “Realmadrid Fondunun” sosial futbol məktəbi artıq 1 ildən artıqdır ki Vətən RIOEUG Futbol məktəbi nəzdində ölkəmizdə fəaliyyətgöstərir.
Fəaliyyət dövründə Realmadrid Fondunun beynəlxalq təlimçisi 2013-cü ilin iyun ayında Bakıda məşqçi -müəllimlərə təlim keçmiş və həmin müəllimlər sertifikatlaşdırılmışdır. Təlimlər yüksək səviyyədə təşkil olunduğunu nəzərə alaraq və canlı monitorinqə ehtiyac olduğu üçünVictor de Arceyə təkrar Bakıya gəlmə təklif edilmiş və təklif qəbul olunub.
Belə ki, təlimlər 17 məşqçi-müəllim üçün keçiriləcəkdir. Təlimdə həmçinin Naxçıvan Muxtar Respublikasından və Fizuli rayonundan məşqçi - müəllimlər iştirak edəcəklər. Həmin məşqçilər ispan futbol təcrübəsini mənimsəyərək uşaqlara gələcəkdə dərs deyəcəklər.
Son xəbərlər
Son Xəbərlər