“Rəqib məğlub olmağa gəlməyib” - - Matiya Şpiçiç

-reqib-meglub-olmaga-gelmeyib-
Oxunma sayı: 1798



- Bu gün “Qəbələ”yə qarşı keçirəcəyiniz oyundan hansı nəticəni gözləyirsiz? 

- Artıq ardıcıl uğurlu nəticələrimiz var. Bu matçda da onu davam etdirməliyik. “Qəbələ” çempionatda ən ciddi rəqiblərdəndir. Onlar da yüksək yerlər üçün mübarizə aparırlar. Buna görə də vacib matçlardan biri olacaq. Öz meydanımızda oynamağımız bizim üstünlüyümüzdür. 

- “Qəbələ”nin elə də uğurlu çıxış etmədiyini nəzərə alsaq, sizi daha şanslı saymaq olar? 

- Fikrimcə, rəqib Bakıya məğlub olmaya gəlməyib. Onlar da səfərdə qələbə axtaracaqlar. Bu komanda dediyim kimi iddialılardandır və Avropaya getmək üçün mübarizə aparır. 

- Son iki həftədə 4 oyun oynamısınız. Bunun yorğunluğu varmı? 

- Düzdü, son iki həftədə hər 3 gündən bir oyunlarımız olub. Amma mən inanmıram ki, komanda yorğundur. Çünki baş məşqçimiz gücümüzü elə bölüb ki, bütün oyunlara tam hazır vəziyyətdə çıxırıq. “Qəbələ” ilə matçda da yorğunluq hiss olunacağını deyə bilmərəm. 

- Komandanın əsas müdafiəçilərindən olsanız da, son iki oyunda meydana çıxmamısız… 

- Niyə oynamadığımın səbəbini bilmirəm. Bu baş məşqçinin qərarıdır. O necə məsləhət bilirsə, elə də edir. 

- “Qarabağ”la aranızdakı 6 xal fərqini və əsas rəqibinizin gücünü nəzərə alsaq, çempion olmağınız çətin görünür. Buna görə də əsas hədəfinizin kubok olacağını demək mümkündür? 

- Hələ ki, qarşıda oyunlar var. Çempionatın sonuna kimi çox şey baş verə bilər. Heç nə bəlli deyil. Biz çempionatda da, kubokda da birincilik üçün mübarizəmizi davam etdiririk. İndidən “Qarabağ”ın birinci olacağını demək olmaz. 

Elsevər