“Qafqazinfo”ya daxil olan məlumata görə, ölkədaxili 8 Universitetdən seçilən 40 tələbə üçün Azərbaycan və qonşu ölkələrdən dəvət edilən elm adamlarının iştirakı ilə 6 təlim keçirilib. Bununla yanaşı proqrama teleskopla müşahidə, elmi-intellektual müzakirə və yarışlar, eləcə də Pirqulu dövlət qoruğuna ekskursiya təşkil olunub. Şamaxı Rəsədxanasının Direktoru Əyyub Quliyevin dediyinə görə, belə bir yay məktəbi tələbələrin fundamental elmlərə qarşı marağının artmasına, habelə Astronomiya elminin təbliğinə ciddi təkan verəcək. Yay məktəbinin təşəbbüskarı Qafqaz Universitetinin 2- ci kurs tələbəsi Fərid İbrahimov da öz növbəsində təstəyə görə Rəsədxanaya, Qafqaz Universiteti, Tusi-Bohm Planetarium və Azərkosmos müəssisələrinin rəhbərliyinə təşəkkürünü bildirib.
Son xəbərlər
Son Xəbərlər