Rusiyadan Azərbaycana silah keçirilməsinə cəhd olub

-rusiyadan-azerbaycana-silah-kecirilmesine-cehd-olub-
Oxunma sayı: 1592

Xaçmaz Gömrük İdarəsinin “Yalama” gömrük postunda Xarkov-Bakı sərnişin qatarı ilə Rusiyadan gələn Azərbaycan vətəndaşının əl yüklərinə qanunvericiliyə uyğun olaraq gömrük baxışı keçirilib.

Qafqazinfo” xəbər verir ki, Dövlət Gömrük Komitəsindən Report-a verilən məlumata görə, yoxlama zamanı həmin şəxsə aid əl çantasının içərisində gömrük nəzarətinə bəyan olunmayan 1 ədəd pnevmatik tapança, onun üçün nəzərdə tutulan 8 ədəd qaz balonu və 2 qutuda 1000 ədəd kürəciklər aşkar edilərək götürülüb.