“... Rüsvay edəcəyik” - Ərdoğan

-rusvay-edeceyik
Oxunma sayı: 3368

"Ey Almaniya, sizin yaxından-uzaqdan demokratiya ilə heç bir əlaqəniz yoxdur". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə rəsmilərinin referendumla bağlın Almaniyada keçirilən  toplantılarına buraxılmamasına münasibət bildirərkən deyib.

O bildirib ki, Almaniyadakı tərəfdaşlarının çıxışına izn vermirlər:

"Elə bilirlər onların çıxışına izn verməməklə "Bəli" deyil, "Xeyr" səsimi çıxacaq? Bizə demokratiya dərsi vermək istəyirsiz, amma ölkənin nazirinin çıxışına qadağa qoyursuz. Bu barədə bütün beynəlxalq tədbirlədə danışacağıq. Almaniyanı rüsvay edəcəyik".