Daxili İşlər Nazirliyi aprekin 11-də Bakıda Bərdə rayon icra hakimiyyətinin sabiq işçisinin güllələnməsi ilə bağlı açıqlama yayıb.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, paytaxtın Binəqədi rayonu ərazisində Bərdə rayon sakini Hüseyn Qasımova avtomat silahdan atəş açmaqla xəsarət yetirən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ramil Hüseynli tutulub
Onun Binəqədi rayonu ərazisində kirayədə yaşadığı evdən “AKM” markalı silah, 22 ədəd patron və patron darağı aşkar edilərək götürülüb.
Ətrafında aparılməş tədbirlərlə R.Hüseynlinin həmin cinayəti paytaxt sakini Günel Süleymanovanın sifarişi ilə törətməsi, habelə açdığı atəş nəticəsində Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin mühafizə otağının pəncərə şüşəsinə və Bakı şəhər sakini Xəzər Cəfərzadəyə məxsus “Niva” markalı avtomobilə ziyan dəyməsi də müəyyən edilib.
Həyata keçirilmiş tədbirlərlə G.Süleymanova da tutulub.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər